Naxmehsul.az saytı Naxçıvanda istehsal olunan məhsullarının paytaxt Bakıda, Azərbaycanın bütün bölgələrində və başqa ölkələrdə satışının topdan və pərakəndə satışını təşkil etmək üçün yaradılıb. 2017-ci ilin avqust ayında Bakıda Naxçıvan məhsullarının satışını həyata keçirmək üçün Bakıda “Naxçıvan Məhsulları” mağazası açılıb. Mağaza Nərimanov rayonu Əhməd Rəcəbli 13 ünvanında fəaliyyətini davam etdirir. Məqsəd Naxçıvanın tər-təmiz təbii məhsullarının ölkə ərazisində və ölkə hüdudlarından kənarlarında təbliğatını təşkil etmək, Naxçıvanda istehsal prosesinə töhfə vermək, ölkə iqtisadiyyatına qatqıda bulunmaqdır.

 

Elmar Hüseynovun fikirləri: “Naxçıvan Muxtar Respublikası mənfur düşmənlərimiz tərəfindən 1992-ci ildən blokada vəziyyətinə salınsa da, öz qəhrəman insanı ilə ayaqda dura bildi, düşmənlə mübarizə apardı və son illər bütün sahələrdəki inkişafı ilə düşmənin göz dağına çevrildi. Naxçıvanda yaşayan insanların əməyə sevgisi, torpağa bağlılığı və zəhməti sayəsində ərsəyə gələn bir-birindən dadlı, ləziz və əvəzsiz təbii qida məhsullarını paytaxt Bakıda əldə etmək müşkül məsələ idi. Əgər bu məhsullardan dadmaq istəyin vardısa, ya mütləq kimsə Naxçıvana gedəndə ondan bu məhsullardan gətirməsini xahiş etməli olacaqdın, ya da özün Naxçıvanın yolunu tutmalı idin. Bu işlərin Bakıda bir ünvandan həyata keçirilməsi üçün qollarımızı çırmadıq və işə girişdik. Əsas məqsədimiz isə Naxçıvan məhsullarının nə qədər dadlı və keyfiyyətli olduğunun təbliğatını aparmaq, Naxçıvanda min bir əziyyət bahasına görülən işlərə kiçik olsa belə öz fayda vermək idi. Bu məqsədlə çıxdığımız yolda ilk vaxtlar heç kəs arzularımızı həyata keçirə biləcəyimizə inanmaq istəmirdi. Amma Muxtar Respublika rəhbərliyinin bizə dəstəyi sayəsində bütün problemlərin öhdəsindən gələ bildik. Görülən işlər müştəri məmnuniyyəti yaratdı və artıq Bakıda Naxçıvan məhsullarının dadına baxmaq istəyən şəxslər nə kiməsə minnətçi düşür, nə də başqa bir yola əl atır. Əhməd Rəcəbli 13 ünvanında yerləşən Naxçıvan məhsulları mağazasına təşrif buyururlar”

 

Emin Tarverdiyevin fikirləri: “Uzun müddət Naxçıvanda yaşadığımdan orada istehsal, qida sənayəsinə yaxından bələdəm. Təmiz qida istehsalı Naxçıvanda ən ümdə məsələlərdəndi. 10 ildir Naxçıvandan köçməyimizə baxmayaraq mümkün qədər qidalarımızı Naxçıvandan gətiririk. 7 aya qədər həmin məhsulların, əsasən də kolbasa və sosiskanın fərdi qaydada paytaxtda satışını təşkil edib, müştəriləri cəlb etməyə başladım. İyul ayında dostum Elmar Hüseynovla qərara gəldik ki, mağaza açaq və qoy daha çox paytaxt əhalisi bu gözəl nemətləri əldə edə bilsinlər. Bu işimizlə həm də Naxçıvan iqtisadiyyatına az da olsa faydamız dəyər. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov cənablarının gərgin əməyi sayəsində Naxçıvandan istehsal müəsissələrinin sayı artmaqda davam edir. İstehsal müəsissələrinin çoxalması yeni iş yerlərinin açılması, ailələrinin maddi – rifah halının yaxşılaşdırılmasına xidmət edən bir amildir. Biz də bir naxçıvanlı olaraq orda istehsal olunan məhsulların, xüsusən də qida məhsullarının satışını həyata keçirməklə bu işdə cənab Vasif Talıbova dəstəyimizi nümayiş etdiririk. Naxçıvandan qida istehsalı ilə məşğul olan müəssisələrin demək olar ki, hamısı ilə qarşılıqlı şəkildə isləyirik. Artıq paytaxt sakinləri də etiraf edirlər ki, Naxçıvandan gələn qidalar həqiqətən də keyfiyyəti ilə seçilirlər. Məqsədimiz 3 şeyi özündə birləşdirir: “Keyfiyyət, qiymət və xidmət”. Onsuz da satdığımız məhsulların keyfiyyəti göz önündədi. Qiyməti mümkün qədər bütün alıcı təbəqələrinin ala biləcəyi rəqəmlərlə tənzimləyirik. Xidmətə gəlincə isə mağazamızda müdir – satıcı amili yoxdu. Müştəriyə xidmət üçün hamımız ən yaxşı halda çalışırıq”