Elmar Ələkbər oğlu Hüseynov 23 fevral 1981-ci ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 1987-1998-ci illərda Bənəniyar kənd orta məktəbində təhsil alıb. 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin tələbəsi olub. 2002-2003-cü illərdə hərbi xidmət keçib. 2003-2005-ci illərdə Əbrəqunus kənd orta məktəbində dil ədəbiyyat müəllimi, “Şərq qapısı” qəzetində müxbir, Naxçıvan Dövlət Radio və Televiziya Komitəsində redaktor, AMEA Naxçıvan Bölməsində elmi işçi kimi çalışıb. 2005-2007-ci illərdə magistr, 2009-2012-ci illərdə doktorantura təhsili alıb. 2011-ci ildən Bakıda yaşayır. Ailəlidir. 3 uşağı var.

 

 

 

Emin Hafiz oğlu Tarverdiyev 14 noyabr 1981-ci ildə Naxçıvan şəhərində doğulub. 1988-1998-ci illərdə Naxçıvan şəhər 12 saylı orta məktəbdə təhsil alıb. Naxçıvan Özəl Universitetinin məzunu olub. 2004-2005-ci illərdə həqiqi hərbi xidmət keçib. 2006-2008-ci illərdə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışıb. İkinci təhsilini Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bitirib. Bakıya köçdükdən sonra müxtəlif sahələrdə çalışıb. Ailəlidir, 2 övladı var.